Amerikan ədəbiyyatının təkrarsız dühası
Dünyada heç bir xalqın həyatı və mədəniyyəti beynəlxalq əlaqələrsiz inkişaf etməmiş və edə bilməz. Xalqlar insan yaşayışının bütün sahələrində daima biri-birinə nəzər salmış, biri-birinin təcrübəsindən istifadə etmişlər. Milyon illər ərzində xalqların gündəlik həyatında özünü göstərən bu zəruri əlaqə mənəvi sərvətlər sahəsində də dərin izlər buraxmış çox gözəl səmərə vermişdir. Öz təbiəti etibarilə
