Gələn il dövlət borcuna xidmət xərcləri iki milyard manatı ötəcək
Dövlət borcuna xidmət xərclərinin növbəti ildə 2,458 milyard manat olacağı, faiz ödənişlərinin isə 1,381 milyard manat olmaqla bu xərclərin 56,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır. Gundelik.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
