Azərbaycanda dizel yanacağı istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 938 min ton qazoyllar (dizel yanacağı) istehsal edilib. Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,6 min ton və ya 4,3% azdır. Belə ki, ötən ilin yanvar-may aylarında ölkədə cəmisi 980,6 min ton qazoyllar (dizel yanacağı) istehsal olunmuşdu.
