Dronqo – Azərbaycan ədəbiyyatının Ogüst Düpeni, Şerlok Holmsu, Erkül Puarosu, komissar Meqresi…
Müasir dövrdə detektiv janrı istər ədəbiyyatda, istər kinematoqrafiyada öndə gedən janrlardan hesab edilir. Konkretlik, lakoniklik, bədii təsvir vasitələrindən minimum istifadə, analitik təhlil əsas faktoru hesab edilən bu janrın yaranma tarixinin digərlərdən fərqliliyi, yəni tam dəqiq olması da, bəlkə taleyin gərdişinin fəlsəfi cavabıdır. Detektiv janrı dünya ədəbiyyatı tarixinə özünün mistik, pessimist şeirləri ilə şöhrət tapan, ölümü
