Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikası Dövlət İnternet- informasiya Ofisinin naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Dövlət İnternet-informasiya Ofisinin naziri Cuan Junvenin rəhbərlik etdiyini nümayəndə heyəti ilə görüşüb. Görüşdə strateji tərəfdaşlıq mərhələsinə yüksəlmiş Azərbaycan ilə Çin əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Dostluq, qarşılıqlı hörmət və dəstək prinsiplərinə söykənən dövlətlərarası əlaqələrin inkişafında ölkə başçılarının xüsusi rolu vurğulanaraq, mövcud olan
