Bu qurumun Cəbrayılda yeni inzibati binasının inşasına 3,4 milyon manat sərf olunacaq
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binası tikiləcək. Gundelik.az-ın məlumatına görə, artıq bununla bağlı Fövqəladə Hallar Nazirliynin Əsaslı Tikinti İdarəsi müvafiq işlərə start verib. Qurum hazırda işləri icra edəcək şirkət axtarışına başlayıb. Bundan başqa, qurum sözügedən işlərin icrasının 3,4 milyon manata başa gələcəyini ehtimal edib.
