Birinci vitse-prezident Mehriban Əliyeva 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instaqram” hesabında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. Gundelik.az xəbər verir ki, paylaşımda deyilir: “Əziz veteranlar! Biz sizin mərdliyinizlə, cəsarətinizlə və şücaətinizlə fəxr edirik! Böyük Qələbə Gününüz Mübarək!” Gundelik.az
