MÜBAHİSƏLƏRİN HƏLLİ ÜSULLARI
Bildiyimiz kimi, Azərbaycanda mediasiya institutunun yaradılmasının əsas məqsədlərindən biri insanları məhkəmələrin təqdim etdiyi klassik “qalib-məğlub” yanaşmasından uzaqlaşdırmaq, tərəflər üçün daha yumşaq və optimal həll yolları təklif etmək üçün müvafiq şəraiti yaratmaqdır. Boşuna deyil ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci bəndində mediasiyanın məqsədi kimi “tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq
