Qarabağ regionu üzrə çindilli turizm bələdçiləri hazırlanacaq
Qarabağ regionu üzrə turizm bələdçilərinin hazırlanması, sertifikatlaşdırılması və Qarabağ bölgəsi üzrə onlayn turizm bələdçisi şərh kitablarının tərtib edilməsi işlərinə başlanılır. Gundelik.az-ın məlumatına görə, eyni zamanda Bakı- Abşeron regionunda və ümumilikdə turizm bələdçiliyinin keyfiyyətinin yüksəldilməsi məqsədilə çindilli bələdçilərin hazırlanması və sertifikatlaşdırılması xidmətləri də aparılacaq. Belə ki, Dövlət Turizm Agentliyi artıq bununla bağlı müvafiq işlərə start verib.
