11 May – Xalq Rəssamı, heykəltəraş Fuad Əbdürrəhmanovun 110 illiyi, (1915-1971)
Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929-1932) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1935-1939) təhsil almışdır. 1942-1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir. Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərd Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhim
