AYNA avtobus dayanacaqları ilə bağlı 1,7 milyon manatlıq işlərə başlayır
Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonları quraşdırılacaq. Gundelik.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA)müvafiq işlərə yekun vurulub. AYNA sözügedən işlərin icrasını “SMCS” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 1 744 985 manat ödənilib. Gundelik.az
