10 Oktyabr – Yanğınsöndürənlər Günü, (2002)
2002-ci il oktyabr ayının 5-də ümummilli liderimiz Heydər Əliyev hər il oktyabr ayının 10-nun ölkəmizdə yanğınsöndürənlərin peşə bayramı günü kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən hər il oktyabrın 10-u Yanğınsöndürənlər günü kimi qeyd olunur. XX əsrin əvvəllərində yaradılan Azərbaycan Yanğından Mühafizə Xidmətinin əsas inkişaf dövrü ötən əsrin 70-ci illərinə təsadüf edir.
