21 Avqust Ədəbiyyatşünas, tənqidçi Bəkir Nəbiyevin 95 illiyi, (1930-2012)
Nəbiyev Bəkir Əhməd oğlu – ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycanın Əməkdar elm xadimi (1990). Bəkir Nəbiyev 21 avqust 1930–cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. ADU-nun filologiya fakültəsində təhsil almışdır
