Azərbaycan iqtisadiyyatı böyüdü
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 72 milyard 429,9 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % çox ümumi daxili məhsul istehsal olunub. Gundelik.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 % artıb. ÜDM istehsalının 35 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat
