Günahsız müqəssir – Əliabbas Müznib Və ya Azərbaycan Cümhuriyətinin Dövlət Marşını yazan şəxsiyyət
Bu gün biz milli-azadlıq tariximiz barədə iftixar doğuracaq çoxlu məlumatlara malikik. Lakin bir zamanlar bu tarixin kiçicik bir səhifəsindən belə xəbərsiz olduğumuzu gənc nəsil heç ağlına belə gətirmir. Bəli, dünya dəyişir, zamanın hökmü ilə bağlı qapılar açılır. Unudulmuş tariximiz aydınlaşır. Bir zamanlar qaranlıqlar içərisində olmuş keçmişin məhrumiyyət dolu hadisələri bu gün müstəqil respublikamızın şanlı
