Qaz ikiqat bahalaşır, neft isə hələ səbir edir” – İsrail–İran gərginliyinin enerji bazarına təsiri
Yaxın Şərqdə baş verən geosiyasi proseslər dünya enerji bazarına birbaşa təsir göstərən əsas amillərdən biridir. Xüsusilə İsrail–İran qarşıdurması ehtimalı qlobal neft və qaz bazarlarında qeyri-müəyyənliyi artırır, qiymət dinamikasına və enerji siyasətinə yeni təsirlər yaradır. Mövcud vəziyyətin nə qədər davam edəcəyi, regiondakı hərbi və siyasi proseslərin miqyası dünya iqtisadiyyatında mühüm rol oynayan enerji resurslarının qiymətlərinə ciddi
