Dövlət maşınları satışa çıxarılır – CƏDVƏL
Azərbaycanda dövlət qurumlarına məxsus bir sıra nəqliyyat vasitələri hərraca çıxarılır. Gundelik.az-ın məlumatına görə, siyahıda Müdafiə Nazirliyi, Dövlət Ehtiyatları Agentliyi və Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna aid ümumilikdə 78 ədəd nəqliyyat vasitəsi yer alıb. Satışa çıxarılan nəqliyyat vasitələrinin buraxılış ili 1972-ci ildən 2013-cü ilədək, start qiyməti isə 1200 manatdan başlayaraq 119 000 manatadək dəyişir. 19 avqust
