Günəşin parıltısında gizlənən təhlükəli asteroid aşkar edilib
Günəşin parlaq işığında gizlənmiş yeni asteroid Yerə təhlükəli dərəcədə yaxın məsafədə kəşf edilib. Gundelik.az-ın məlumatına görə, Carnegie Elm İnstitutunun astronomu Skott S. Şeppard 27 sentyabr tarixində Blanco teleskopu vasitəsilə obyektin mövcudluğunu müəyyən edib və ona 2025 SC79 adı verilib. Yeni kəşf edilən asteroid Atira qrupuna daxil olan 39-cu üzvdür. Bu qrupun əsas xüsusiyyəti ondan ibarətdir
