Bayram günlərində Bakıda sıxlıq gözlənilir – alternativ marşrutlar açıqlandı
17–18 mart tarixlərində paytaxt Bakı şəhərində nəqliyyat sıxlığının artacağı proqnozlaşdırılır. Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov sürücülərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edir. Ekspertin sözlərinə görə, Sumqayıt istiqamətində hərəkət edənlər üçün Böyükşor–Pirşağı–Sumqayıt yolu daha məqsədəuyğun seçim hesab olunur. Həmçinin Xırdalan, Masazır və Sulutəpə istiqamətinə gedən sürücülərə Azadlıq prospekti–Binəqədi yolundan istifadə etmələri məsləhət görülür. Cənub istiqamətində
