“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində iş olmayacaq – BU TARİXLƏRDƏ
Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8-də və 9-da “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. Bu barədə Gundelik.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, noyabrın 10-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
