Argentinada parlament seçkilərində prezident Xavyer Mileinin partiyası qalib gəlib
Argentinada keçirilən parlament seçkilərində prezident Xavyer Mileinin rəhbərlik etdiyi hakim “La Libertad Avanza” (İrəli Azadlıq) partiyası qalib gəlib. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, səslərin 96 faizi hesablandıqdan sonra ilkin nəticələr Mileinin partiyasının 39 faiz səs topladığını göstərir. Ən böyük rəqib olan peronist müxalifət partiyası “Fuerza Patria” (Vətən Gücü) isə 29,4 faiz səs əldə
