5 Avqust – Beynəlxalq İşıqfor Günü, (1914)
Beynəlxalq İşıqfor Günü 1914-cü il avqustun 5-də baş vermiş bir hadisə ilə əlaqədar qeyd olunur. Belə ki, həmin gün ABŞ-in Klivlend şəhərində müasir işıqfor qurğularının ilk əcdadı meydana gəlmişdir. O, qırmızı və yaşıl fənərlərə malik idi və işıqlar dəyişən zaman səs siqnalı işə düşürdü. Əslində, ilk işıqforu hələ XIX əsrdə britaniyalı Cey Nayt icad etmişdir.
