16 Sentyabr – Beynəlxalq Ozon Qatının Qorunması Günü, (1994)
1994-cü ildə BMT-nin Baş Assambleyası özünün qətnaməsi ilə (A/RES/49/114) sentyabrın 16-nı Beynəlxalq Ozon Qatının Qorunması Günü (International Day for the Preservation of the Ozone Layer) elan etmişdir. Ozon Qatının Qorunması Günü ozon qatını dağıdan maddələr üzrə Monreal protokolunun imzalandığı günlə bağlıdır və 1995-ci ildən qeyd olunur. 1987-ci il sentyabrın 16-da 36 ölkənin imzaladığı və bu
