Dünya gəncləri – bəşəriyyətin bu günü, gələcəyin memarları
Tarixin bütün dövrlərində gənclik cəmiyyətin yenilənən gücü, inkişafın aparıcı qüvvəsi və gələcəyə aparan ən etibarlı körpü hesab edilmişdir. Bütün böyük dəyişikliklərin, elmi kəşflərin, ictimai islahatların və mədəni yüksəlişlərin mərkəzində məhz gənclər dayanmışdır. Hər bir xalqın tərəqqisi onun gənc nəslinin təhsili, dünyagörüşü, vətənpərvərliyi və mənəvi dəyərlərə bağlılığı ilə ölçülür. Məhz buna görə də dünyanın inkişaf etmiş
