Azərbaycanda nəqliyyat sektoru üzrə investisiyaların dəyəri azalıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində əsas kapitala 1,132 milyard manat investisiya yönəldilib. Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 435,5 milyon manat və ya 27,8% azdır. Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 22,4%-ə bərabər
