Gundelik.az Dünya Təzyiq problemi yaranan təyyarə 10 dəqiqəyə 27 min fut hündürlük itirib
Dünya Hadisə Xəbərlər

Təzyiq problemi yaranan təyyarə 10 dəqiqəyə 27 min fut hündürlük itirib

Los-Ancelesdən Solt-Leyk-Sitiyə uçan “Delta Air Lines” aviaşirkətinə məxsus təyyarə kabində gözlənilmədən təzyiq probleminin yaranmasından sonra 10 dəqiqə ərzində təxminən 27 min fut (8,2 kilometr) hündürlük itirib. Təyyarə daha sonra Las-Veqasa təcili eniş edib.

“Boeing 737-900ER” tipli təyyarə sentyabrın 6-da kabin təzyiqini itirib. Bundan sonra ekipaj təyyarəni Las-Veqasa yönəldib.

Sərnişinlərin sözlərinə görə, uçuş zamanı oksigen maskaları avtomatik olaraq aşağı düşüb və təyyarə qəfil hündürlük itirməyə başlayıb.

Sərnişinlərdən biri kabin heyətinin də oksigen maskalarından istifadə etdiyinə görə sərnişinlərlə aydın ünsiyyət qurmaqda çətinlik çəkdiyini bildirib. O, hadisənin olduqca qorxulu olduğunu deyib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan pilotu Metyu Bakli bu cür kabin təzyiqi problemlərinin ABŞ-da olduqca nadir hallarda baş verdiyini qeyd edib.

Təyyarə təhlükəsiz eniş edib

Təyyarə Las-Veqasdakı Harri Rid Beynəlxalq Hava Limanına təhlükəsiz şəkildə enib və sərnişinlər normal qaydada təxliyə olunub.

“Delta Air Lines”in sözçüsü bildirib ki, ekipaj təlimlərə və müəyyən edilmiş prosedurlara uyğun hərəkət edərək təyyarəni təhlükəsiz hündürlüyə endirib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version