Gundelik.az Ölkə Təsirsiz qazlar istehsalı 3%-dən çox artıb
Ölkə Xəbərlər

Təsirsiz qazlar istehsalı 3%-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 15,1 milyon kubmetr təsirsiz qazlar istehsal edilib.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 501,9 min kubmetr və ya 3,4% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 730,2 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 54,4%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 2,3% artıb.

Gundelik.az

Exit mobile version