Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan Macarıstandan məhsul alışını 10% artırıb
İqtisadiyyat Xəbərlər

Azərbaycan Macarıstandan məhsul alışını 10% artırıb

Cari ilin yanvar-mart aylarında Azərbaycanla Macarıstan arasında ticarət əməliyyatlarının həcmi 14,6 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 1,6 milyon ABŞ dolları və ya 11,7% çoxdur.

Belə ki, cari ilin yanvar-mart aylarında Azərbaycandan Macarıstana 1,1 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 299 min ABŞ dolları və ya 36,2% çoxdur.

Eyni zamanda 2025-ci ilin yanvar-mart aylarında Macarıstandan Azərbaycana 84,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 1,2 milyon ABŞ dolları və ya 10% artım deməkdir.

Gundelik.az

Exit mobile version