Ucuz qiymətə “YouTube Premium” alan istifadəçilər, diqqətli olun. “YouTube Premium”u başqa ölkələr, xüsusilə “Türkiyə hesabları” ilə daha ucuz qiymətə alıb, Azərbaycanda bir hesabı bir neçə şəxsə təkrar satanlar var və burada önəmli bir təhlükə sizi gözləyir.
Gundelik.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas fikirlərini bölüşüb.
O bildirib ki, bu hesablar “Google Account”a bağlı olduğu üçün eyni hesablar müxtəlif cihazlara əlavə ediləndə, “Google” hesabı kimi smartfona düşür. Hesabları ucuz qiymətə satanlar bir hesabı bir neçə adama satır: “Nəticədə, smartfonunuzda açıq olan hesab başqa tanımadığınız adamla “ortaq hesab” kimi açılır. O tanımadığınız adam istədiyi anda “Google Find My Device” tətbiqinin köməyi ilə sizin cihazı formatlaya (0-laya) bilir. Nəinki formatlamaq, əgər həmin hesaba sinxronzasiya varsa, sizin məlumatlar oğurlana və izlənə bilərsiniz”.
“Hazırda zərərçəkən şəxslər var və smartfonda olan bütün məlumatlarını itiriblər. 3-5 manat qabağa düşən zaman bütün məlumatlarınız itə bilər. Bu mənada maksimum diqqətli olmağa çağırış edirəm”, – deyə F. Pərdəşünas qeyd edib.
Gundelik.az

