Gundelik.az Hadisə Tərtərdə narkotik və odlu silah satan şəxs həbs olunub
Hadisə Xəbərlər

Tərtərdə narkotik və odlu silah satan şəxs həbs olunub

Tərtərdə narkotik vasitə və odlu silah satan şəxs həbs olunub.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Gundelik.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində odlu silah və narkotik maddələrin satışını təşkil edən əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov saxlanılıb. Ondan 1 ədəd “AK-74” avtomatı, həmin silaha aid daraq, 3 ədəd patron və yaşadığı ünvandan narkotik vasitə marixuana aşkarlanıb. Q.Əhmədov silah-sursatı Tərtər rayonu ərazisində 1500 manata satmaq istəyib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Exit mobile version