Gundelik.az Ölkə Şuşada növbəti mərhələ üzrə yaşayış binalarının inşasına 49 milyon manat ayrılacaq
Ölkə Xəbərlər

Şuşada növbəti mərhələ üzrə yaşayış binalarının inşasına 49 milyon manat ayrılacaq

Şuşa şəhərində növbəti mərhələ üzrə yaşayış binalarının tikintisi işləri aparılacaq.

Gundelik.az-ın məlumatına görə, şəhərin D-3 yaşayış massivində nəzərdə tutulan yaşayış binalarının (1-ci mərhələ 10 ədəd bina) tikintisi işləri icra ediləcək.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində artıq bununla bağlı müvafiq işlərə start verilib və hazırda sözügedən işləri yerinə yetirəcək şirkəti müəyyənləşdirilməkdədir.

Qurum görüləcək işlərin 49,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az

Exit mobile version