Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tabeliyində olan Yaradıcılıq Mərkəzinin cari təmir işləri aparılacaq.
Gundelik.az-ın məlumatına görə, dövlət idarəsi bununla bağlı müvafiq hazırlıq tədbirlərinə başlayıb.
Hazırda Yaradıcılıq Mərkəzində təmir işlərini icra edəcək şirkət müəyyənləşdirilməkdədir.
Yaradıcılıq Mərkəzinin təmirinin 110 082 manata başa gələcəyi ehtimal edilir.
Gundelik.az

