Gundelik.az Dünya Suriyanın paytaxtı Dəməşqdə baş verən güclü partlayış nəticəsində 5 nəfər yaralanıb
Dünya Xəbərlər

Suriyanın paytaxtı Dəməşqdə baş verən güclü partlayış nəticəsində 5 nəfər yaralanıb

Suriyanın paytaxtı Dəməşqdə avtobusda baş verən güclü partlayış nəticəsində beş nəfər yaralanıb.Suriyanın rəsmi  xəbər agentliyi SANA hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əməliyyatlar komandiri Əmir Zərifin açıqlamasını dərc edib.

Zərif bildirib ki, paytaxt Dəməşqin Vurud məhəlləsində boş avtobusda baş verən partlayış nəticəsində beş nəfər yaralanıb və yaralılar müalicə üçün xəstəxanaya aparılıb.

Partlayışdan sonra hadisə yerinə göndərilən təhlükəsizlik və istintaq qruplarının partlayışın səbəbini müəyyən etmək üçün texniki araşdırma başlatdığı bildirilir. Bu arada, partlayışdan sonra ərazidə baş verən hadisələr mobil telefon kameraları ilə lentə alınıb. Görüntülərdə partlayışın baş verdiyi avtobusun istifadəyə yararsız hala düşdüyü və insanların hadisə yerini izləmək üçün əraziyə toplaşdığı görünür.

 

Mənbə:Anadolu Ajansı

Tərtib etdi:Səid Mikayılzadə

Gundelik.az

Exit mobile version