İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvada səfərdədir

Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvaya gedib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, Suriya liderinin təyyarəsi “Vnukovo” hava limanına enib.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Moskvada Suriya Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq. Putin-əl-Şaraa görüşündə ikitərəfli əlaqələr, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, bu, Əhməd əl-Şaraanın Rusiyaya ikinci səfəridir.