Gundelik.az Hadisə Sumqayıtda kişi özündən 17 yaş balaca arvadını qətlə yetirib
Hadisə Xəbərlər

Sumqayıtda kişi özündən 17 yaş balaca arvadını qətlə yetirib

Bu gün səhər saatlarında Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.

Gundelik.az xəbər verir ki, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerindən qaçan İ. Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvil veriblər.

Araşdırma aparılır.

Exit mobile version