İyul 8, 2026
Baku
Müsahibə Siyasət

“Sülhə gedən yolda geosiyasi əngəllər” – OKTAY QASIMOVLA eksklüziv müsahibə

Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin olunması üçün Azərbaycanla Ermənistan arasında normallaşma prosesi böyük əhəmiyyət daşıyır.
Bu proses təkcə iki ölkə arasında münasibətlərin düzəlməsi baxımından deyil, həm də, bölgədəki beynəlxalq səviyyədəki  geosiyasi maraqların toqquşması fonunda daha da mürəkkəbləşir. Mövcud vəziyyəti daha da dərindən təhlil etmək və bu normallaşma cəhdlərinin hansı regional qlobal və qlobal güclərin maraqları ilə toqquşduğunu anlamaq üçün ziyalı  politoloq Oktay Qasımovu müsahibəyə dəvət etdik.
Müsahibəni sizə təqdim edirik:
Oktay  müəllim, Azərbaycanla Ermənistan arasında normalaşma prosesi hansı geosiyasi maraqla qarşı –  qarşıyadır?

 —   Azərbaycan və Ermənistan  arasında normallaşma prosesinə hal-hazırda əsasən bəzi regional dövlətlər çox maraqlı deyillər. O dövlətlər ki, onların  Güney Qafqazda maraqları var və bu maraqları təmin etmək üçün onlara bir formada müəyyən gərginliklər lazımdır və bu gərginliklər üzərindən öz mövqelərini gücləndirmək istəyirlər. O ölkələr ki, Ermənistanı sürətli şəkildə silahlandırırlar, onu hərbi  revanşa təhrik edirlər və yaxud sülh müqaviləsini imzalamaq üçün və prosesləri yubatmaq istəyirlər. Bu dövlətlər konkret olaraq prosesin əleyhinədirlər. Onların sırasında bir çox ölkələri qeyd etmək olar. Fransa, Hindistan, o cümlədən Rusiya federasiyasının özü və İranın bəzi dairələri bu məsələdə maraqlı deyillər. Rusiya Guney Qafqazda mövqelərini ciddi şəkildə itirdiyindən və yenidən öz mövqelərini möhkəmləndirmək  üçün ona bölgədə müəyyən gərginlik lazımdır və bunu Ermənistan üzərinə həyata keçirməyə çalışır. Nəzərə alsaq ki, son dövrlər Rusiya özünün hərbi bazasını gücləndirməklə məşğuldur.  İranın xüsusilə də  SEPA qanadı və dini lider ətrafındakı bir çox qruplar, onlar da bu prosesin əleyhinədirlər. Çünki  onlar Azərbaycanın bölgədə mövqelərinin güclənməsini istəmirlər və Azərbaycanın güclənməsini  İranın təhlükəsizliyinə təhdid hesab edirlər. Hindistan Azərbaycan Türkiyə və  Pakistan ittifaqına qarşı düşmən mövqe sərgilədiyindən  məhz Ermənistanın sürətli şəkildə silahlandırmaqla məşğul olan bir ölkədir. Və məhz Ermənistan üzərindəın  Güney Qafqazda mövqelərini möhkəmləndirmək və Azərbaycanı təzyiq altında saxlamaq və Pakistanın yaxın müttəfi kimi Pakistanın zəiflətmək məqsədilə onun müttəfi Azərbaycana təzyiq göstərmək istəyir və məhz Zəngəzur dəhlizinin  açılmasına da bu ölkələr qarşı çıxırlar. O cümlədən bu, Suriya Fransanın və avropanın bəzi ölkələrinə, yəni  avropa ittifaqına daxil olan bəzi ölkələrini də bura daxil etmək olar belə ki, Fransada uzun müddətdən bəri Ermənistan dəstəkləyən və revanşa təşviq edən ölkələr sırasındadır.

Aktual mövzuya aydınlıq gətirdiyi üçün Oktay müəllim Qasımova təşəkkür edirik.

Gundelik.az