ABŞ-nin İsraili dəstəklədiyi üçün boykot etdiyi qəhvə şəbəkəsi “Starbucks”ın qlobal satışları yanvar-mart dövründə 1%-dən çox azalıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin müqayisə olunan mağaza satışları Şimali Amerikada 1 faiz, ABŞ-də isə 2 faiz azalıb.
Martın 30-da başa çatan üç ayda qəhvə şəbəkəsinin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 8,76 milyard dollara çatıb.
Həmin dövrdə şirkətin mənfəəti 50,3 faiz azalaraq 384,2 milyon dollar olub.
Qəhvə zəncirinin səhm başına qazancı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 50 faiz azalaraq 34 sentə düşüb.
“Starbucks”ın gəliri və qazancı bu dövrdə bazarın gözləntilərinin altında qalıb.
İsrailin Qəzzaya hücumları səbəbiylə etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biri olan “Starbucks” qlobal satışlarının ardıcıl 5-ci rübdür ki, azaldığını bildirib.
Gundelik.az
