İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Sosial şəbəkələrə “15 yaş” məhdudiyyəti

Sosial media ilə bağlı tənzimləmələri də əhatə edən qanun layihəsinə görə, sosial şəbəkə təminatçıları 15 yaşını tamamlamamış uşaqlara xidmət göstərə bilməyəcək və bunun qarşısını almaq üçün yaşın təsdiqi də daxil olmaqla lazımi tədbirlər görməyə məcbur olacaq.

Sosial mediaya dair dəyişiklikləri də əhatə edən “Sosial Xidmətlər haqqında Qanun və bəzi qanunlarda dəyişiklik edilməsi haqqında” qanun layihəsi Türkiye Büyük Millet Meclisinin Səhiyyə, Ailə, Əmək və Sosial İşlər Komissiyasında qəbul edilib.

Əsas dəyişikliklər

Sosial şəbəkələr:

15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcək

Yaş yoxlama sistemi tətbiq etməlidir

15 yaşdan yuxarı uşaqlar üçün xüsusi (filtrlənmiş) xidmətlər təqdim etməlidir

Bu tədbirlər sosial şəbəkə platformalarının öz saytlarında açıqlanmalıdır

Valideyn nəzarəti

Sosial şəbəkələr:

Açıq və istifadəsi asan valideyn nəzarət alətləri təqdim etməlidir

Bu alətlər:

Hesab ayarlarının idarəsi

Ödənişli xidmətlərin valideyn icazəsi ilə olması

İstifadə müddətinin izlənməsi və məhdudlaşdırılması

kimi funksiyaları əhatə edəcək

Reklam və nəzarət tədbirləri

Sosial şəbəkələr aldadıcı reklamlara qarşı tədbir görməlidir

Türkiyədən gündəlik 10 milyondan çox istifadəçisi olan platformalar:

Məhkəmə qərarlarını ən gec 1 saat ərzində yerinə yetirməlidir

Cəza tədbirləri

Əgər qaydalar yerinə yetirilməzsə:

30 gün ərzində tələblər icra olunmasa → reklam qadağası tətbiq olunur

3 ay ərzində də yerinə yetirilməzsə → internet sürəti:

əvvəlcə 50% azaldıla bilər

daha sonra 90%-ə qədər məhdudlaşdırıla bilər

Digər müddəalar

Oyun platformaları üçün də yaş reytinqi və nəzarət qaydaları tətbiq olunur

Xarici oyun platformaları Türkiyədə nümayəndə təyin etməlidir

Qaydalara əməl etməyənlərə milyonlarla lirə cərimə tətbiq edilə bilər.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az