Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yerləşən “Gama Enerji İç Anadolu” elektrik stansiyasını (870 MVt) 225 milyon dollara əldə etməyi planlaşdırır.
Gundelik.az-ın məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bununla bağlı sabah 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumununda Saziş imzalanacaq.
Ə.Əsədov qeyd edib ki, SOCAR adıçəkilən elektrik stansiyasının 100% payına sahib olacaq.

