Gundelik.az Xəbərlər İqtisadiyyat “SOCAR Petroleum” Naxçıvana benzin və dizel daşınmasına 18 milyon xərcləyəcək
İqtisadiyyat Xəbərlər

“SOCAR Petroleum” Naxçıvana benzin və dizel daşınmasına 18 milyon xərcləyəcək

“SOCAR Petroleum” QSC tərəfindən Naxçıvan Muxtar Respublikasına neft məhsullarının (benzin və dizel) daşınmasına sərf olunacağı proqnozlaşdırılan vəsaitin həcmi açıqlanıb.

Gundelik.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az QSC-dən məlumat əldə edib.

Belə ki, “SOCAR Petroleum” muxtar respublikaya 78 min ton dizel, 42 min ton Aİ-92, 1200 ton Aİ-95 və 72 ton isə Aİ-98 markalı yanacağın daşınması ilə bağlı hazırlıqlara başlayıb.

Məlumata görə, neft məhsullarının dəmir yolu ilə daşınması nəzərdə tutulub. “SOCAR Petroleum” daşınma xidmətinə 18 milyon 782 min manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ilk “SOCAR” brendli yanacaqdoldurma stansiyası (YDS) ötən ilin yayında Sədərək rayonunda (Naxçıvan-Şərur-Sədərək şosesində) fəaliyyətə başlayıb. “SOCAR Petroleum” tərəfindən istifadəyə verilən bu məntəqə muxtar respublikada “Aİ-92”, “Aİ-95” Premium, “Aİ-98” Super və “Dizel” markalı yanacaq məhsullarının satışını həyata keçirir.

Xatırladaq ki, ölkə ərazisində “SOCAR” brendli 70 yanacaqdoldurma stansiyası və 13 neft bazası sahəsi fəaliyyət göstərir ki, onlardan 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir.

Exit mobile version