Slovakiya Prezidenti Peter Peliqrini Azərbaycana səfər etməyi planlaşdırır və onun administrasiyası hazırda bu məsələni Azərbaycan tərəfi ilə müzakirə edir.
Bu barədə Gundelik.az-a Slovakiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yan Kubiş bildirib.
“Səfər həqiqətən planlaşdırılır, gündəmdədir və hazırda diplomatik kanallar vasitəsilə Azərbaycandakı dostlarımızla bu səfərə hazırlıqla bağlı danışıqlar aparılır”, – Kubiş qeyd edib.

