Şimali Koreyanın paytaxtı Pyongyangda inşa edilən yeni memorial kompleks, Rusiyanın Ukraynaya qarşı müharibəsində döyüşən şimali koreyalı əsgərlərin itkiləri barədə ilk real ipuclarını ortaya çıxarıb.
BBC-nin peyk görüntüləri və rəsmi fotolar əsasında apardığı araşdırmaya görə, təxminən 2 300 şimali koreyalı əsgər döyüşlərdə həlak olub.
Cənubi Koreya kəşfiyyatının məlumatına əsasən, ən azı 11 min şimali koreyalı hərbçi Rusiyanın qərbində yerləşən Kursk bölgəsini geri almaq üçün göndərilmişdi. Ukrayna ordusu 2024-cü ilin avqustunda bölgəyə gözlənilməz hücum etmişdi.
Divarlardakı adlar
2025-ci ilin oktyabrında Kim Jong Un Rusiyada həlak olan əsgərlərin xatirəsinə memorial muzeyin tikilməsini əmr edib. Kompleks Pyongyangın Hwasong rayonunda salınıb.
52 min kvadratmetrlik memorialda iki böyük xatirə divarı, bina və qəbiristanlıq yerləşir. Divarların üzərində ölən əsgərlərin adları həkk olunub.
BBC-nin hesablamasına görə:
Hər divar təxminən 14 hissəyə bölünüb
Onlardan 9 hissədə adlar yazılıb
Hər hissədə təxminən 16 sütun var
Bir sütunda isə 8 ad yerləşir
Bu hesablamaya əsasən, hər divarda təxminən 1 152 ad mövcuddur. İki divar birlikdə isə ümumi rəqəm 2 304 nəfərə çatır.
Cənubi Koreya kəşfiyyatı nə deyir?
National Intelligence Service daha əvvəl:
təxminən 2 min şimali koreyalı əsgərin öldüyünü,
2 700 nəfərin isə yaralandığını bildirmişdi.
Lakin 2026-cı ilin fevralında qurum yeni açıqlama yayaraq, Rusiyaya göndərilən 11 min hərbçidən təxminən 6 mininin öldüyünü və ya yaralandığını bildirib.
Nə Russia, nə də Şimali Koreya bu barədə rəsmi statistika açıqlayıb.
Təbəqəli xatirə sistemi”
Araşdırmaya görə, memorial kompleksdə fərqli səviyyəli anım sistemi yaradılıb.
Xüsusi qəhrəmanlıq göstərən əsgərlər açıq qəbiristanlıqda dəfn olunub
Digərlərinin külləri isə kolumbariumda saxlanılır
Peyk görüntülərində qəbiristanlıqda təxminən 278 məzar görünür. Mərkəzdə yerləşən üçmərtəbəli binanın isə minlərlə kül qabını saxlaya biləcək tutuma malik olduğu bildirilir.
Şimali Koreya niyə bunu edir?
Analitiklər hesab edir ki, Pyongyang bu memorial vasitəsilə:
böyük itkiləri əsaslandırmağa,
ölənlərin ailələrinin narazılığını azaltmağa,
Rusiya ilə hərbi əməkdaşlığı legitim göstərməyə çalışır.
Ekspertlərin fikrincə, beynəlxalq təcrid şəraitində Rusiya hazırda Şimali Koreyanın əsas hərbi tərəfdaşı olaraq qalır.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
