Gundelik.az Dünya Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə materialı istehsal gücünün son 5 ildə iki dəfədən çox artdığını açıqlayıb
Dünya Xəbərlər

Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə materialı istehsal gücünün son 5 ildə iki dəfədən çox artdığını açıqlayıb

Kim yeni açılan nüvə materialları istehsalı müəssisəsinə səfəri zamanı uzunmüddətli istehsal planı ilə bağlı məlumat alıb.

O, silah istehsalında istifadə olunan nüvə materiallarının istehsal gücünün əvvəlki 5 illə müqayisədə iki dəfədən çox artdığını bildirib.

Kim həmçinin ölkənin “nüvə müharibə çəkindiriciliyini” həm keyfiyyət, həm də kəmiyyət baxımından daha da gücləndirməyin vacibliyini vurğulayıb.

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) Kim Çen Inın sentrifuqa zalı olduğu ehtimal edilən bir müəssisədə dar dəhlizlərdə hərəkət edərkən çəkilmiş fotolarını yayımlayıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version