Şimali Koreya gələn həftə Koreyanın hakim İşçi Partiyasının 80 illik yubileyini qeyd etmək məqsədilə genişmiqyaslı hərbi parad keçirməyə hazırlaşır.
Gundelik.az xəbər verir ki, bu barədə “Renhap” xəbər agentliyi məlumat yayıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü Li Sonq-Jun jurnalistlərə açıqlamasında bildirib ki, Şimali Koreyada on minlərlə insanın iştirakı ilə parad hazırlıqlarına dair əlamətlər müşahidə olunur:
“Hərbçilərimiz hazırlıqları diqqətlə izləyir. Hazırda maşınların və bəzi hərbi texnikanın hərəkəti qeydə alınıb. Paradın gecə saatlarında keçirilməsi ehtimal olunur”.
Analitiklərin sözlərinə görə, Pxenyan tədbirdə hazırlanmaqda olan yeni nəsil “Hwasong-20” qitələrarası ballistik raketini nümayiş etdirə və ya yubiley ərəfəsində onun sınaq buraxılışını həyata keçirə bilər.
Xatırladaq ki, oktyabrın 10-da KXDR Koreyanın hakim İşçi Partiyasının 80 illiyini qeyd edəcək.
Gundelik.az
