Gundelik.az Xəbərlər İqtisadiyyat Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi azaldı
İqtisadiyyat Xəbərlər

Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi azaldı

Bu ilin yanvar-iyun aylarında Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 1,235 milyard ton-km olub.

Gundelik.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 265,6 milyon ton-km və ya 17,7% azdır.

Belə ki, 2024-cü ilin ilk 6 ayında Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 1,501 milyard ton-km olmuşdu.

Qeyd edək ki, hesabat dövründə bu nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 418,5 milyon ton-km hissəsi tranzit yüklər olub ki, bu da illik müqayisədə 70,6 milyon ton-km və ya 14,4% azdır.

Gundelik.az

Exit mobile version