Gundelik.az Xəbərlər İqtisadiyyat Sığorta şirkətlərinin yığımlarının dinamikasına görə yanvar-iyun ayları üzrə RENKİNQİ
İqtisadiyyat Xəbərlər

Sığorta şirkətlərinin yığımlarının dinamikasına görə yanvar-iyun ayları üzrə RENKİNQİ

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 817,048 milyon manat sığorta haqqı yığılıb ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% və ya 91,9 milyon manat çoxdur.

Gundelik.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, yığımlarını ən çox artıran şirkət “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti olub.

Şirkət altı ayda 7,9 milyon manat sığorta haqqı toplayıb ki, bu da, illik müqayisədə 83% çoxdur.

Sığorta yığımları ən çox azalan şirkət isə “İpək Yolu Sığorta” ASC olub. Belə ki, şirkət yanvar-iyun aylarında 1,5 milyon manat sığorta haqqı toplayıb ki, bu da, illik müqayisədə 14,7% azdır.

Yanvar-iyun ayları üzrə sığorta yığımlarının dinamikasına görə, şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:

Şirkət adı 2025 (min manat) 2024 (min manat) İllik dinamika (%)
Meqa Həyat Sığorta 7 957 4 346 83%
Xalq Sığorta 14 181 10 787 31.5%
Atəşgah Həyat Sığorta Şirkəti 57 377 44 967 27.6%
Azərbaycan Sənaye Sığorta 16 580 13 295 24.7%
Qala Həyat Sığorta Şirkəti 13 305 10 945 21.6%
Aqrar Sığorta 13 263 11 184 18.6%
Paşa Həyat Sığorta 390 813 339 807 15%
Atəşgah Sığorta 30 598 26 767 14,3%
Paşa Sığorta 182 271 171 121 6.5%
Qala Sığorta 49 912 47 009 6.2%
Xalq Həyat Sığorta Şirkəti 5 274 4 973 6%
A-Qroup Sığorta Şirkəti 9 140 8 776 4.1%
AtaSığorta 4 833 5 173 -6.6%
AzSığorta 4 651 5 226 -11%
Meqa Sığorta 15 573 17 884 -12.9%
İpək Yolu Sığorta 1 319 1 546 -14.7%

 

Exit mobile version