Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycanda qeyri-həyat sığortası bazarı böyüyüb
İqtisadiyyat Xəbərlər

Azərbaycanda qeyri-həyat sığortası bazarı böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 501,817 milyon manat sığorta haqqı toplanılıb.

Gundelik.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,2 milyon manat və ya 8,2% çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 8,57 milyon manat və yaxud 4,5% artaraq 199,233 milyon manata çatıb.

Beləliklə, 9 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,7 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manat və ya 13% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.

Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5% çoxdur.

Gundelik.az

Exit mobile version