Avropanın ən böyük sənaye şirkətlərindən biri olan “Siemens AG” 2025-ci maliyyə ilinin üçüncü rübünü artımla başa vurub.
Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.
Məlumata görə, şirkətin aprel-iyun dövründə xalis mənfəəti 2,24 milyard avro təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 2,13 milyard avro idi – artım təxminən 5% olub.
Hər səhmə düşən əsas qazanc da artaraq 2,66 avrodan 2,78 avroya yüksəlib.
Bununla belə, “Siemens”in əsas göstəricilərindən biri olan sənaye bölmələrinin mənfəəti 7% azalaraq 2,82 milyard avroya düşüb.
Şirkətin ümumi gəliri isə 3% artaraq 19,38 milyard avroya çatıb. Sifarişlərin həcmi isə 25% artaraq 24,72 milyard avroya yüksəlib. Üzvi gəlir artımı 5%, sifarişlər üzrə üzvi artım isə 28% olub.
“Siemens” şirkəti bu ilin əvvəlində verdiyi 3-7% arası üzvi gəlir artımı proqnozunu təkrar təsdiqləyib və il ərzində bu hədəfə çatmağı planlaşdırır.
Gundelik.az
