Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampı görüşə dəvət edib, lakin dəvət hələ də qəbul edilməyib.
Gundelik.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox Business”ə bildirib.
“Prezident hələ ki, razılığını verməyib”, – deyə Maliyyə Nazirliyinin rəhbəri bildirib.
Bessentin sözlərinə görə, mümkün görüşün tarixi də hələlik müəyyən edilməyib.
İyulun 18-də “The Times” qəzeti yazıb ki, Rusiya Prezidenti Vladimir Putin, Si Cinpin və Amerika lideri sentyabrın əvvəlində Çində görüşə bilərlər.
Avqustun əvvəlində Tramp Çin prezidenti ilə ilin sonuna qədər görüşməyə hazır olduğunu, ancaq bunun ABŞ və Çin arasında ticarət razılaşması əldə olunarsa baş tutacağını deyib.
Gundelik.az

