İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Serbiya Aİ-nin ultimatumunu QƏBUL ETDİ – Vulin siyahından KƏNARLAŞDIRILDI

Serbiya Respublikasının  yeni baş naziri, tibb professoru Duro Macut tərəfindən təklif edilən hökumətinin yeni siyahısında baş nazirin müavini Aleksandr Vulinin adı yer almayıb.

Gundelik.az xəbər verir ki, bu barədə Serbiyanın Radio Televiziyası (RTS) məlumat yayıb.

Məlumata əsasən, təklif edilən yeni baş nazirin müavinləri arasında Sinisa Mali, İvitsa Daçiç və Adriana Mesaroviçin adları yer alsa da, Vulin yeni hökumətin siyahısında yoxdur.

Serbiyanın yeni hökumətinin təsdiqi ilə bağlı iclas sabaha planlaşdırılıb.

Xatırladaq ki, aprelin 9-da Avropa İttifaqı (Aİ) Serbiyaya ultimatum verib. Birlik Vulinin yeni hökumətdən uzaqlaşdırılmasını tələb edib.

Aprelin 7-də Serbiya prezidenti Aleksandr Vuçiç baş nazir postuna Duro Maçutun namizədliyini irəli sürüb. O, tələbə etirazları fonunda istefa verən Miloş Vuçeviçi əvəz edir.

Gundelik.az